Qlobal miqyasda davam edən proseslər və enerji resursları ilə bağlı yüksək qiymət gözləntiləri nəzərə alınaraq, Azərbaycanın iqtisadi artım proqnozları yenilənən zaman xam neftin bir barelinin orta illik ixrac qiyməti 50 ABŞ dollardan 85 ABŞ dollaradək artırılıb.
Eləcə də bax: Dövlət büdcəsində neftin qiyməti 85 dollara qaldırılır - BÜDCƏYƏ DƏYİŞİKLİK
FED.az xəbər verir ki, bu barədə "Azərbaycanın 2022-ci il dövlət büdcəsi haqqında” yenilənmiş qanun layihəsində deyilir.
Sənədə əsasən, bu ilin 5 ayında “Azeri Light” markalı xam neftin bir barelinin orta ixrac qiyməti 106,3 ABŞ dollarına bərabər olub.
"Bu ilin ilk dörd ayının makroiqtisadi nəticələri ilə yanaşı, beş aylıq fiskal icra göstəriciləri və əmtəə bazarlarının dinamikası cari il üzrə makroiqtisadi proqnozların dəqiqləşdirilərək yenilənməsi üçün əsas yaradır", - layihədə deyilir.
Qeyd edək ki, bu gün “Brent” markalı neftin avqust fyuçersləri 0,61 % bahalaşaraq 113,81 ABŞ dollarına satılıb. "WTI" markalı neftin avqust fyuçerslərinin qiyməti isə 0,7 % artaraq 1 bareli 108,72 ABŞ dolları təşkil edib. (Report)