ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2023-cü ilin dekabr müqaviləsinin dəyəri 0,36% artaraq, 1 barelə görə 90,15 dollar təşkil edib.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabr ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,34% artaraq, 85,78 dollar olub.