ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2023-ci ilin oktyabr müqaviləsinin dəyəri 0,11% azalaraq 1 barelə görə 84,03 dollar təşkil edib.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin sentyabr ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,06% artaraq, 80,44 dollara yüksəlib.