Dekabrın 2-də saat 15:00-da Azərbaycanın müxtəlif rayonlarında bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi və icarəsi ilə bağlı növbəti torpaq hərracları keçiriləcək.
Örüş və otlaq torpaqları bahalaşa bilər: Yeni subsidiya qaydalarının - GÖZLƏNİLMƏZ TƏSİRİ
FED.az xəbər verir ki, hərracda iştirak etmək istəyən şəxslər üçün ərizə qəbulu 2 noyabr – 30 noyabr 2026-cı il tarixlərində aparılacaq.
Təqdim olunan torpaq sahələri və onların şərtləri aşağıdakı kimidir:
Yevlax rayonu (Qaraməmmədli Bələdiyyəsi)
Müraciətlər və sənədlərlə tanışlıq 1 dekabr 2026-cı il tarixinədək ƏMDX-nin Mingəçevir ərazi şöbəsində (Mingəçevir şəhəri, H.Əliyev pros. 26/11; Tel: 024 274 45 00) həyata keçirilir.
-
1.19 ha — Kənd təsərrüfatı (heyvandarlıq – örüş, IV qrup, bonitet balı 30) təyinatlı torpaq sahəsi 5 illik icarəyə verilir. İllik icarə haqqı: 142.80 manat, hərrac addımı: 15.00 manat (Çıxarış №: 901012002127).
-
2 ha — Kənd təsərrüfatı (heyvandarlıq – örüş, IV qrup, bonitet balı 25) təyinatlı torpaq sahəsi 5 illik icarəyə verilir. İllik icarə haqqı: 240.00 manat, hərrac addımı: 24.00 manat (Çıxarış №: 901012002034).
-
4.17 ha — Kənd təsərrüfatı (heyvandarlıq – örüş, IV qrup, bonitet balı 30) təyinatlı torpaq sahəsi 5 illik icarəyə verilir. İllik icarə haqqı: 500.40 manat, hərrac addımı: 51.00 manat (Çıxarış №: 901012002162).
-
10 ha — Kənd təsərrüfatı (heyvandarlıq – örüş, III qrup) təyinatlı torpaq sahəsi 5 illik icarəyə verilir. İllik icarə haqqı: 1200.00 manat, hərrac addımı: 120.00 manat (Çıxarış №: 901012001999).
Ağdaş rayonu (Qolqəti Bələdiyyəsi)
-
1.095 ha — Qolqəti kəndində kənd təsərrüfatı məhsullarının istehsalı (əkin, II qrup, bonitet balı 64) üçün nəzərdə tutulan torpaq sahəsi 5 illik icarəyə çıxarılır. İllik icarə haqqı: 219.00 manat, hərrac addımı: 22.00 manat (Çıxarış №: 903012002037). Tanışlıq ünvanı: ƏMDX-nin Mingəçevir ərazi şöbəsi.
Lənkəran rayonu (Şiləvar Bələdiyyəsi)
Sənədlərlə tanışlıq 1 dekabr tarixinədək ƏMDX-nin Lənkəran ərazi şöbəsində (Lənkəran şəhəri, Qala Xiyabanı küç. 34; Tel: 025 255 15 13) aparılır.
-
5000 kv.m — Digah kəndində kənd təsərrüfatı məhsullarının istehsalı (əkin, II qrup, bonitet balı 71) üçün 15 illik icarəyə verilir. İllik icarə haqqı: 125.00 manat, hərrac addımı: 13.00 manat (Çıxarış №: 802012003256).
Astara rayonu (Ərçivan Bələdiyyəsi)
-
7000 kv.m — Ərçivan qəsəbəsində kənd təsərrüfatı məhsullarının istehsalı (əkin, II qrup, bonitet balı 67) məqsədilə 15 illik icarəyə verilir. İllik icarə haqqı: 140.00 manat, hərrac addımı: 14.00 manat (Çıxarış №: 801012001321). Tanışlıq ünvanı: ƏMDX-nin Lənkəran ərazi şöbəsi.
Kürdəmir və Zərdab rayonları
Tanışlıq ünvanı: ƏMDX-nin Ucar ərazi şöbəsi (Ucar şəhəri, H.Əliyev pr. 28; Tel: 020 213 01 13).
-
Kürdəmir (Şilyan-Qarabucaq Bələdiyyəsi, Qarabucaq kəndi): 3 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq (əkin, III qrup, bonitet balı 43) 15 illik icarəyə verilir. İllik icarə haqqı: 525.00 manat, hərrac addımı: 27.00 manat (Çıxarış №: 906012001294).
-
Zərdab (Çallı Bələdiyyəsi, Çallı kəndi): 3.5 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq (əkin, III qrup, bonitet balı 49) 15 illik icarəyə verilir. İllik icarə haqqı: 490.00 manat, hərrac addımı: 25.00 manat (Çıxarış №: 905012000982).
Bərdə və Tərtər rayonları
Tanışlıq ünvanı: ƏMDX-nin Bərdə ərazi şöbəsi (Bərdə şəhəri, H.Əliyev pr. 393; Tel: 020 205 27 77).
-
Bərdə (Yeni Daşkənd Bələdiyyəsi, Çəmənli kəndi): 2 ha əkin torpağı (II qrup, bonitet balı 77) 15 illik icarəyə verilir. İllik icarə haqqı: 600.00 manat, hərrac addımı: 60.00 manat (Çıxarış №: 610012002402).
-
Bərdə (Xanərəb Bələdiyyəsi, Əmirli kəndi): 60 kv.m mülkiyyətə satılır (yaşayış məntəqələrinin torpaqları, sahibkarlıq təyinatlı). İlkin satış qiyməti: 1800.00 manat, hərrac addımı: 180.00 manat (Çıxarış №: 610012002397).
-
Tərtər (Bəyimsarov Bələdiyyəsi):
-
Bəyimsarov kəndi: 11.11 ha ehtiyat fondu torpaqları (əkin, II qrup, bonitet balı 67) 15 illik icarəyə verilir. İllik icarə haqqı: 2222.00 manat, hərrac addımı: 222.20 manat (Çıxarış №: 611012000836).
-
Bəyimsarov kəndi: 35.38 ha ehtiyat fondu torpaqları (əkin, II qrup, bonitet balı 67) 15 illik icarəyə verilir. İllik icarə haqqı: 7076.00 manat, hərrac addımı: 707.60 manat (Çıxarış №: 611012000837).
-
Sarov kəndi: 14 ha ehtiyat fondu torpaqları (əkin, II qrup, bonitet balı 68) 15 illik icarəyə verilir. İllik icarə haqqı: 2800.00 manat, hərrac addımı: 280.00 manat (Çıxarış №: 611012000841).
-
Qazax rayonu
Tanışlıq ünvanı: ƏMDX-nin Qazax ərazi şöbəsi (Tovuz şəhəri, Şəhriyar küç. 3; Tel: 022 315 43 19).
-
Daş Salahlı Bələdiyyəsi (Daş Salahlı kəndi): 1.2 ha örüş sahəsi (heyvandarlıq) 15 illik icarəyə verilir. İllik icarə haqqı: 245.00 manat, hərrac addımı: 10.00 manat (Çıxarış №: 501012002948).
-
Kosalar Bələdiyyəsi (Hüseynbəyli kəndi): 1.2 ha əkin sahəsi (III qrup, bonitet balı 55) 15 illik icarəyə verilir. İllik icarə haqqı: 300.00 manat, hərrac addımı: 10.00 manat (Çıxarış №: 501012003001).
Beyləqan və İmişli rayonları
Tanışlıq ünvanı: ƏMDX-nin Beyləqan ərazi şöbəsi (Beyləqan rayonu, S.İmrəliyev küç. 95; Tel: 021 225 16 24).
-
Beyləqan (Aşıqalılar Bələdiyyəsi, Aşıqalılar kəndi): 18.25 ha örüş sahəsi (heyvandarlıq, III qrup, bonitet balı 51) 15 illik icarəyə verilir. İllik icarə haqqı: 2737.00 manat, hərrac addımı: 273.70 manat (Çıxarış №: 607012001999).
-
İmişli (Cəfərli Bələdiyyəsi, Əlqulular kəndi): 5 ha ehtiyat fondu torpağı (əkin, II qrup, bonitet balı 68) 15 illik icarəyə verilir. İllik icarə haqqı: 1525.00 manat, hərrac addımı: 152.50 manat (Çıxarış №: 907012001202).
-
İmişli (Yuxarı Qaralar Bələdiyyəsi, Yuxarı Qaralar kəndi): 9.54 ha örüş sahəsi (heyvandarlıq, IV qrup, bonitet balı 33) 15 illik icarəyə verilir. İllik icarə haqqı: 1049.40 manat, hərrac addımı: 104.94 manat (Çıxarış №: 907012001285).
Qobustan rayonu
Tanışlıq ünvanı: ƏMDX-nin Şamaxı ərazi şöbəsi (Şamaxı şəhəri, H.Məmmədov küç. 97; Tel: 020 265 10 76).
-
Qobustan Bələdiyyəsi (Qobustan şəhəri): 10.31 ha ehtiyat fondu torpağı (əkin, III qrup, bonitet balı 56) 15 illik icarəyə verilir. İllik icarə haqqı: 1031.00 manat, hərrac addımı: 51.55 manat (Çıxarış №: 307012000704).
-
Sündü Bələdiyyəsi (Sündü kəndi): 2 ha örüş sahəsi (heyvandarlıq, IV qrup, bonitet balı 36) 15 illik icarəyə verilir. İllik icarə haqqı: 100.00 manat, hərrac addımı: 5.00 manat (Çıxarış №: 307012000707).
Qeyd olunur ki, hərraca çıxarılan bələdiyyə torpaqları ilə bağlı ətraflı məlumat almaq üçün aidiyyəti bələdiyyələrə müraciət oluna bilər.













