"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin dekabr müqaviləsinin dəyəri 1,93% azalaraq 1 barelə görə 114,47 ABŞ dolları təşkil edib.
FED.azz xəbər verir ki, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin dekabr ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 2,17% azalaraq 101,03 ABŞ dollarına bərabər olub.













