Ombudsman vəzifəsinə namizədlərin adı açıqlanıb.
Ombudsmanın maaşı 4 dəfə artırılaraq - 12 MİN MANAT OLDU
FED.az xəbər verir ki, sözügedən məsələ parlamentin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirərə çıxarılacaq.
Belə ki, namizədlər hazırkı ombudsman Səbinə Əliyeva, hüquqşünas alim, professor, hüquq elmləri doktoru və Azərbaycan Konstitusiya Məhkəməsinin keçmiş hakimi Ceyhun Qaracayev və Azərbaycan Ali Məhkəməsinin hakimi və Məhkəmə-Hüquq Şurasının Hakimlərin Seçki Komitəsinin üzvü Elşanə Vəliyevadır.
Qeyd edək ki, Azərbaycanda İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Azərbaycan Prezidentinin təqdim etdiyi 3 namizəd arasından Milli Məclis tərəfindən 83 səs çoxluğu ilə seçilir. Bu proses Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanunu ilə tənzimlənir.
Hazırkı ombudsman Səbinə Əliyevadır və o, bu vəzifəyə 2019-cu ilin noyabrında seçilmişdi. (Oxu.az)













