Azərbaycan Mərkəzi Bankının (AMB) proqnozlarında neftin bir barelinin orta illik qiyməti 2026-cı il üçün 92,8 ABŞ dolları, 2027-ci il üçün isə 82,8 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
FED.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov pul siyasəti qərarına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu qiymətlər cari əməliyyatlar balansı üzrə proqnozların hazırlanmasında əsas götürülən fərziyyələrdəndir.













