2022-ci ilin yvnar-sentyabr aylarında Azərbaycan xaricə 16 milyard 553 milyon kubmetr həcmində qaz ixrac edib. İxrac edilən qazın ümumi qiyməti 12 milyvrd 103 milyon dollar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən şqazın həcmi 1,6 milyard kubmetr və ya 11% artıqdır.
Bununla yanaşı, dünya bazarında qazın kəskin bahalaşmsası səbəbindən ixrac edilən qazın ümumi dəyəri 4,1 dəfə artıq olub.
Xatırladaq k,i 2021-ci ilin eyni dövründə Azərbaycanın xaricə satdığı qazın həcmi 14 milyard 927 milyon kubmetr, bundan əldə edilən gəlir isə 2 milyard 951 milyon dollar təşkil etmişdi.
Nəticədə 2021-ci ilin yanvar-sentyabr aylarında xaricə ixrac edilən qazın hər min kubmetrinin dəyəri 198 dollar təşkil etmişdi. 2022-ci ilin eyni dövründə isə xaricə ixrac edilən qazın hər min kubmetri 731 dollara yüksəlib.
Qaz ixracından gəlirlərin sürətlə artması nəticəsində Azərbaycanın qaz gəlirləri sürətlə neft satışandan daxil olan gəlirlərə yaxınlaşır.
Belə ki, 2021-ci ilin ilk 9 ayında ölkədən 9 milyard 303 milyon dollarlıq neft ixrac edilmişdi və bu rəqəm qaz gəlirlərini 3,1 dəfə üstələyirdi. 2022-ci ildə isə ölkədən neft ixracından daxil olan gəlirlər 14 milyard 897 milyon dollar təşkil edib.
Bu isə builki qaz gəlirlərindən 1,2 dəfə artıqdır.