“Avropada enerji çatışmazlığı ilə bağlı narahatlıq aradan qalxdıqca təbii qaz qiymətləri ucuzlaşmağa davam edir”.
Eləcə də bax: Azərbaycan Avropaya qaz satışını 23%-ə yaxın - ARTIRIB
FED.az “Fitch”in yaydığı məlumata istinadən xəbər verir ki, köhnə qitədə təbii qaz anbarlarının doluluq səviyyəsi 90%-dən çox olsa da, qaz və bununla bağlı enerji riski norması hələ də yüksəkdir.
Məlumata görə, Avropa 60 milyard kubmetrə yaxın çatışmazlığı istehlakın azaldılması və alternativ təchizatçılar (əsasən LNG, həmçinin Norveç, Azərbaycan və Şimali Afrika) hesabına kompensasiya edib. Rekord həcmdə LNG idxalı ilə yanaşı yüksək qiymətlər səbəbindən aşağı istehlak, son aylarda təbii qaz anbarında artıma töhfə verib.
“İllik məlumatlara əsasən, 2022-ci ildə qaz istehlakının 2021-ci ilə nisbətən 25-30 milyard kubmetr aşağı olacağını təxmin edirik. Həm az istehlak, həm də çox LNG idxalı tələbatın pik mövsümü olan noyabr-aprel ayları ərzində, hava temperaturunun sabit qalacağı təqdirdə Avropanın gələn il üçün bu qışdan yaxşı vəziyyətdə çıxması anlamına gəlir. Bununla belə, bir çox risklər qalmaqdadır. O cümlədən normaldan daha soyuq və uzun qış, eləcə də həm boru kəməri, həm də LNG idxalı ilə bağlı tədarükün kəsilməsi, fikrimizcə əsas risklər olaraq qalır”, - deyə məlumatda bildirilir. (Apa)