Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda fəaliyyət göstərən beynəlxalq neft-qaz şirkətləri 1,7 mlrd. ABŞ dolları (2,72 mlrd. manat) məbləğində gəlir əldə ediblər.
Eləcə də bax: "Fitch" neft qiymətləri üzrə proqnozunu - KƏSKİN ARTIRIB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında aparılan hesablamalara görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 77,8% artıb. Sözügedən şirkətlərin gəlirləri Azərbaycanın qeyri-rezidentlərə ödənişlərinin 66,7%-ni təşkil edib.
Beləliklə, 2021-ci ilin ilk üç rübündə Azərbaycandan ilkin gəlirlər üzrə qeyri-rezidentlərə ödənişlərin həcmi 2,4 mlrd. dollar (4,08 mlrd. manat) təşkil edib. Bu, illik müqayisədə 20% çoxdur.