"Fitch Ratings" beynəlxalq reytinq agentliyi yaxın gələcək üçün neft qiymətləri ilə bağlı proqnozlarını artırıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, agentliyin analitiklərinin gözləntilərinə əsasən, 2021-ci ilin nəticələrinə görə, etalon "Brent" markalı neftin bir barelinin orta qiyməti 71 dollar təşkil edəcək ki, bu da sentyabr proqnozu ilə müqayisədə 8 dollar çoxdur.
Hesabata əsasən, 2022-ci ildə "Brent" neftinin orta qiyməti 70 dollar (ötən proqnoza əsasən 55 dollar), 2023-cü ildə isə 60 dollar səviyyəsində (sentyabr proqnozuna görə – 53 dollar) olacağı ehtimal edilir.