Bu ilin birinci rübündə Azərbaycan 5,128 milyard kubmetrdən artıq qaz ixrac edib.
Eləcə də bax: SOCAR I rüb üzrə qazma, hasilat, emal və ixrac göstəricilərini - Açıqlayıb
FED.az xəbər verir ki, bu barədə SOCAR-ın 2021-ci ilin I rübündə qazma, hasilat, emal və ixrac göstəriciləri ilə bağlı açıqladığı rəqəmlərdə deyilir.
Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 45 % çoxdur.
Qaz ixracının artımı əsasən Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) istismara verilməsi ilə bağlıdır. (Report)