Bu ilin I rübündə SOCAR tərəfindən 1,9 mln. tondan çox neft, 1,9 mlrd. kubmetrdən artıq qaz hasil olunub.
Eləcə də bax: “Fitch” SOCAR-ın uzunmüddətli reytinqini - Təsdiqləyib
FED.az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, ölkə üzrə ümumilikdə 8,8 mln. tona yaxın neft və 10,4 mlrd. kubmetrdən çox qaz hasil edilib. Qaz hasilatında artım ilin I rübündə davam edib. Müvafiq dövrdə şirkət üzrə 7 min metrə yaxın qazma işləri həyata keçirilib.
“Birinci rüb ərzində SOCAR tərəfindən 4,5 mln. ton xam neft, 512 mln. kubmetrə yaxın təbii qaz ixrac edilib. SOCAR-ın ixrac etdiyi neft həcmi şirkətin öz imkanları ilə hasil etdiyi neftdən əlavə beynəlxalq konsorsiumlar çərçivəsində SOCAR və Azərbaycanın payına düşən nefti də əhatə edir. Ümumilikdə isə ölkədən 7 mln. tona yaxın neft ixrac edilərək, tankerlərə yüklənib”, - SOCAR-dan bildirilib.
Hesabat dövründə 5 mlrd. kubmetrdən artıq qaz ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 45% çoxdur. Qaz ixracının artımı əsasən TAP boru kəmərinin istismara verilməsi ilə bağlıdır.
Şirkətin Azərbaycandakı emal kompleksində 1,4 mln. tondan çox neft, 1,1 mlrd. kubmetrdən çox təbii qaz emal olunub. Rüb ərzində SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunmuş 669 min tona yaxın neft, neft-kimya və qaz-kimya məhsulu xarici ölkələrə ixrac edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 25% artım əldə edilib ki, buna da əsasən dizel, bitum, koks, sürtgü yağları və neft-kimya məhsullarının ixracı hesabına nail olunub. (Apa)