Avropada qazın birja qiymətləri 6 %-dək düşüb.
FED.az Londonun “ICE Futures” birjasına istinadən xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın fyuçerslərinin qiyməti günə 1930,6 ABŞ dolları ilə başlayıb. Bu isə sonuncu ticarət günü qeydə alınmış qiymətlə (min kubmetr üçün 1 913,1 dollar) müqayisədə 0,9 % yuxarıdır.
Daha sonra qiymət 5,8 % düşərək 1802,6 dollar təşkil edib.