Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti martın əvvəlindən ilk dəfə olaraq 3 200 ABŞ dollarına yaxınlaşıb.
FED.az xəbər verir ki, 25 avqust tarixində sentyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 3 194,5 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 6,8% çoxdur. (Apa)