Londonun ICE birjasının məlumatına görə, Avropada qazın birja qiyməti yanvarın 5-də keçirilən ticarətin açılışında son 16 ayda ilk dəfə - 2021-ci il sentyabrın 10-dan bəri min kubmetr üçün 700 dollardan aşağı düşüb.
Avropada "rus qazı" panikası bitdi - QİYMƏTLƏR 2021-Cİ İLDƏKİ HƏDDƏ ENDİ
FED.az xəbər verir ki, təbii qaz təxminən 2% də ucuzlaşıb.
Fevral fyuçersləri hər min kubmetr üçün 696,4 dollar (-2,3%) səviyyəsini görüb.
Ekspertlər qeyd ediblər ki, hazırda qiymətlərin aşağı düşməsi Avropaya havanın isti keçməsi və küləkdən enerji istehsalının artması ilə bağlıdır.
2022-ci il yazın əvvəlində Rusiyanın enerji resurslarının idxalına qadağa qoyulması qorxusu ilə qazın hər min kubmetr üçün qiyməti 3892 dollarla rekord həddə çatmışdı.
Mövcud ucuzlaşmaya baxmayaraq, hələ də qaz qiymətləri orta göstəricidən iki dəfə yüksəkdir. (Marja)