Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 2 400 ABŞ dollarından aşağı enib.
FED.az xəbər verir ki, 2 sentyabr tarixində oktyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 2 394 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (2 512,7 dollar) ilə müqayisədə 4,7% azdır.
Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib. (Apa)