Avropada təbii qazın birja qiymətləri artaraq min kubmetr üçün 1900 ABŞ dollarını ötüb.
FED.az Londonun “ICE Futures” birjasına istinadən xəbər verir ki, qazın avqust fyuçerslərinin qiyməti günə 1 930 təşkil edib.
Qaz qiymətlərindəki kəskin artım “Qazprom”un “Şimal axını” kəməri ilə Avropaya qaz nəqlini gündəlik 33 milyon kubmetrədək azaltmaq planını açıqlamasından sonra qeydə alınıb. Bu göstərici kəmərin nominal gücünün cəmi 20%-ni təşkil edir. (Report)