Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 380 ABŞ dollarını ötüb.
FED.az xəbər verir ki, 2 noyabr tarixində dekabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 386,5 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 16,6% çoxdur.