Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti martın əvvəlindən ilk dəfə olaraq 2 900 ABŞ dollarından bir qədər yuxarı səviyyədə qərarlaşıb.
FED.az xəbər verir ki, 29 avqust tarixində sentyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 2 915,3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ( 3 507,3 dollar) ilə müqayisədə 16,8% azdır.
Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib. (Apa)