Avropada təbii qazın qiyməti 11 % artaraq 1000 kubmetr üçün 1350 dollara yaxınlaşıb.
FED.az bu barədə “Report” Londonun “ICE Futures” birjasına istinadən xəbər verir.
Avropanın ən likvid habı olan TTF-də (Niderland) təbii qazın dekabr fyuçersləri ticarətə 1000 kubmetr üçün 1294,5 dollar (+6,9 %) səviyyəsində başlayıb. Daha sonra “mavi yanacağ”ın qiyməti 1344,5 dollara (+11) çatıb.