Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 400 ABŞ dollarından aşağı səviyyədə qərarlaşıb.
FED.az xəbər verir ki, 17 oktyabr tarixində noyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 340,7 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 3,2% azdır.