Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 250 ABŞ dollarına yaxınlaşıb.
FED.az xəbər verir ki, 17 noyabr tarixində dekabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 245,6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 224,8 dollar) ilə müqayisədə 1,7% çoxdur.