Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 200 ABŞ dollarından aşağı enib.
FED.az xəbər verir ki, 4 noyabr tarixində dekabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 179,6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 7,2% azdır.