Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 210 ABŞ dolları civarında qərarlaşıb.
FED.az xəbər verir ki, 1 noyabr tarixində dekabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 210,4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 433,3 dollar) ilə müqayisədə 4,1% azdır.
Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib. (Apa)