Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti bu ilin iyunun 14-dən ilk dəfə olaraq, 1 000 ABŞ dollarından aşağı enib.
FED.az xəbər verir ki, 24 oktyabr tarixində noyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 990,7 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə (1 150,9) müqayisədə 13,9% azdır.