Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 556 ABŞ dollarına yaxın səviyyədə qərarlaşıb.
FED.az xəbər verir ki, 13 noyabr tarixində noyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 555,9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 3,2% azdır.