Avropada qaz qiymətləri bazar ertəsi ticarətin əvvəlində orta hesabla 2% ucuzlaşıb.
FED.az xəbər verir ki, bunu ICE London Fond Birjasının məlumatları göstərir.
Ticarət sessiyasının açılışında Avropanın ən böyük habı olan TTF indeksi üzrə qazın iyun fyuçerslərinin dəyəri 1 000 kubmetr üçün 1 069,4 ABŞ dolları olub, sonra kotirovkalar bir qədər artaraq 1 105,2 dollar təşkil edib. Cümə günü hesablaşma qiymətinin 1 109,5 dollar olduğunu nəzərə alsaq, orta azalma 2% təşkil edir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.