Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 560 ABŞ dollarına çatıb.
FED.az xəbər verir ki, 11 oktyabr tarixində noyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 557,6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 0,8% çoxdur.