Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 300 ABŞ dollarından yuxarı səviyyədə qərarlaşıb.
FED.az xəbər verir ki, 15 noyabr tarixində dekabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 303 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 211 dollar) ilə müqayisədə 7,6% çoxdur.