Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 150 ABŞ dollarından aşağı enib.
FED.az xəbər verir ki, 9 noyabr tarixində dekabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 145,7 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 222,9 dollar) ilə müqayisədə 6,3% azdır.