Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 150 ABŞ dollarından aşağı səviyyədə qərarlaşıb.
FED.az xəbər verir ki, 16 noyabr tarixində dekabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 146,3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 334,6 dollar) ilə müqayisədə 14,1% azdır.