Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti martın əvvəlindən ilk dəfə olaraq 2 500 ABŞ dollarından aşağı səviyyədə qərarlaşıb.
FED.az xəbər verir ki, 5 sentyabr tarixində oktyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 2 463,2 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ( 2 219,6 dollar) ilə müqayisədə 11% çoxdur.
Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib. (Apa)