Avropada bazar ertəsi ticarət zamanı qazın qiyməti 1000 kubmetr üçün 2100 dollardan aşağı düşüb.
Eləcə də bax: Azərbaycan bu ölkə ilə qazı elektrik enerjisinə - BARTER EDƏ BİLƏR
FED.az Londondakı ICE birjasının məlumatına istinadən xəbər verir ki, günün əvvəlindən qazın qiymətində ümumi azalma təxminən 3,5% təşkil edib.
Oktyabr fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 2086 dollara geriləyib (və ya MVt/saat üçün 200 avro).
Qazın qiymətinin azalması Avropa anbarlarında (UGS) qaz ehtiyatlarının maksimuma yaxınlaşması ilə (83,5%-dən çox doldurulub) əlaqədardır. Əvvəllər Avropa İttifaqı ölkələri 2022-2023-cü illərin qışına qədər UGS obyektlərini ən azı 80% və sonrakı bütün qış dövrlərində isə 90% doldurmağı öhdələrinə götürmüşdülər.
Eyni zamanda, “Şimal axını” ilə nəql hələ də dayandırılıb. Sentyabrın 2-də “Qazprom” xəbər verib ki, işləyən sonuncu qaz nasos qurğusuna texniki qulluq zamanı sızmaaşkar edilib, buna görə də holdinq qaz kəməri ilə nəqli tamamilə dayandırmağa məcbur olub.(Marja)