Avropa birjalarında təbii qazın qiyməti min kubmetr üçün 1 600 dolları ötüb.
FED.az xəbər verir ki, Niderlandın TTF habında təbii qazın avqust fyuçersləri 1 606,5 dollar ətrafında alınıb-satılır.
Gün ərzində qiymətlər 6,5 faiz artıb.
Qeyd edək ki, Rusiyanın "Qazprom" şirkəti bir müddət "Şimal axını" boru xətti ilə qaz tədarükünü azaltmalı olduğunu elan etmişdi.
Xatırladaq ki, martın 7-də Avropada təbii qaz qiymətləri tarixi rekord vuraraq 3 900 dollara çatmışdı. (Trend)