İranda bu həftə güclü isti hava şəraitinin olduğunu və vətəndaşların sağlamlığını nəzərə alaraq 2 və 3 avqust ölkədə qeyri-iş günləri elan olunub.
43 dərəcəyədək isti - AVQUST AYININ HAVA PROQNOZU
FED.az xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Əli Bəhadori Cəhromi özünün Twitter səhifəsində yazıb.
İranlı rəsmi İranın Nazirlər Kabinetinin Səhiyyə Nazirliyinin qeyri-iş günlərinin elan olunması ilə əlaqədar təklifini qəbul etdiyini bildirib.
Qeyd edək ki, İranın səhiyyə naziri Bəhram Eynullahi ötən gün İranda 40 dərəcədən yuxarı isti hava şəraitinin mövcud olduğu günlərdə ölkədə qeyri-iş gününün elan olunmasının hökumətə təklif edildiyini bildirib. İranlı nazir 40 dərəcədən yuxarı isti hava şəraitinin insanların, xüsusilə də uşaqlar və yaşlıların sağlamlığına ciddi ziyan vurduğunu deyib. (Trend)