İcbari Sığorta Bürosuna məxsus 1 ədəd avtomobil təkrar hərrac yolu ilə satışa çıxarılacaq.
Qiyməti 1250 manatdan başlayan avtomobillər satışa çıxarılır – SİYAHI
Qurumdan FED.az-a verilən məlumata görə əmlakın satışı ilə bağlı təkrar hərrac açıq auksion qaydasında keçirilməklə 25 aprel 2023-cü il tarixi, saat 10:00-a (növbəlik qaydasında) təyin edilmişdir.
Hərrac predmetinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapmışdır:
S/N |
Marka və Modeli |
Buraxılış ili |
Dövlət nömrə nişanı |
Rəng |
Satış qiyməti (AZN-lə) |
1 |
“LEXUS GS250” (Sedan) |
2014 |
99 AK 806 |
Ağ |
35.150 (otuz beş min yüz əlli) |
Təkrar hərrac “Əmlak Hərrac Mərkəzi” MMC” tərəfindən Bakı şəhəri, Yasamal rayonu Kazım Kazımzadə 123 ünvanında keçiriləcəkdir. Təkrar hərracda iştirak üçün satış qiymətinin 5%-i, yəni 1.757,5 (bir min yeddi yüz əlli yeddi manat əlli qəpik) manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac sifarişçisinin hesabına ödənilməlidir.
Eyni zamanda qeyd olunur ki, 500 (beş yüz) manat məbləğində iştirak haqqı hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının hesabına ödənilməlidir.
Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linkdən əldə etmək münkündür:
https://e-herrac.com/advertisement/neqliyyat/avtomobiller/tekrar-herracin-kecirilmesine-dair-elan-15