İşəgötürən: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Vəzifə: Məsləhətçi
Departament: Maliyyə
Şöbə: İnvestisiya
Vəzifə öhdəlikləri:
- Sərbəst maliyyə vəsaitlərinin idarə edilməsi ilə bağlı əməliyyatları həyata keçirmək;
- Müəssisənin investisiya əməliyyatlarının aparılması qaydalarına əlavə və dəyişikliklər edilməsi prosesində iştirak etmək;
- Müəssisənin investisiya qoyuluşunun əsas istiqamətləri, investisiya strategiyasının müəyyənləşdirilməsi və həyata keçirilməsi üzrə təkliflər hazırlamaq;
- Müəssisənin investisiya qoyuluşunun səmərəliliyinin artırılması məqsədilə tədbirlər görmək;
- Müəssisənin gələcək pul axınları (mədaxil və məxaric daxil olmaqla) nəzərə alınaraq investisiya fəaliyyətinin həyata keçirilməsi zamanı sərbəst maliyyə vəsaitlərini qiymətləndirmək;
- İnvestisiya qaydalarına əsasən investisiya siyasətinin əsas istiqamətlərini, prioritetlərini formalaşdırmaq və bu sahədə aidiyyəti təkliflər hazırlamaq;
- Fəaliyyət istiqamətlərinə uyğun rəy və təkliflər vermək, təhlillər, ümumiləşdirmələr, monitorinqlər, tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq və daxili sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
- Keçirilən hərracları izləmək və uyğun lotlarda iştirak üçün təkliflər hazırlamaq;
- İnvestisiya portfeli üzrə bazar risklərini araşdırmaq, iqtisadi təhlillər aparmaq və nəticələr haqqında müvafiq hesabatları hazırlamaq;
- İnvestisiya qərarlarının verilməsi üçün qiymətləndirmə modellərini və hesabatlarını hazırlamaq.
Vəzifə üçün tələblər:
- İqtisadiyyat və idarəetmə ixtisas qrupu üzrə ali təhsil;
- İnvestisiya layihələri və proqramları üzrə 3 ildən az olmayan əmək stajı;
- İri həcmli məlumatlarla işləmək bacarığı, yüksək analitik təhlil, ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarıqları;
- İngilis və rus dilləri üzrə orta səviyyədə danışıq və yazı bacarıqları;
- Excel proqramını mükəmməl, digər Microsoft Office proqramlarını orta səviyyədə bilməli;
- CFA 1-ci səviyyə imtahanından keçmiş namizədlərə üstünlük veriləcəkdir.
Maraqlanan namizədlər CV-lərini 7 noyabr 2018-ci il tarixinədək [email protected] e-mail ünvanına göndərə bilərlər.
Müraciət olunan vəzifənin adı qeyd edilməlidir.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.