Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK), Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB), MÜSİAD Azərbaycan, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA), Kahramanmaraş Dərnəklər Federasiyasının (MaraşFed) təşkilatçılığı ilə Kahramanmaraşın Türkoğlu rayonunda yerləşən "Qardaş Köməyi" müvəqqəti konteyner məhəlləsində zəlzələdən zərər görən soydaşlarımızla, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, qeyri hökumət təşkilatlarının nümayəndələri ilə "BİRLİK VƏ QARDAŞLIQ İFTARI " proqramında iftar süfrəsində bir araya gəldik.
FED.az xəbər verir ki, ötən il 6 Fevralda Türkiyədə baş verən, əsrin fəlakəti adlandırılan zəlzələdən sonra Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) dəstəyi, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının, assosiasiyaların, iş insanlarının təşkilatçılığı ilə " Qardaş Köməyi Platforması " təsis edilmişdir. Məqsəd cənab Prezidentin təşəbbüsünə qoşularaq İş insanlarımızın, qeyri-hökumət təşkilatlarının, assosiasiyalarının dəstəyi ilə hər zaman olduğu kimi Qardaş Türkiyənin yanında olmaq, əlimizdən gələn dəstəyi əsirgəməmək idi.
Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir.
Əsrlər boyu xalqlarımız həmişə bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmiş, ulu öndər Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, "bir millət, iki dövlət" olmuşlar.
Təsadüfi deyildir ki, Türkiyə dövlətinin qurucusu dahi Mustafa Kamal Atatürk Azərbaycanın kədərini Türkiyənin kədəri, sevincini isə Türkiyənin sevinci hesab etmişdir.
Qardaş köməyi çətin günlərin qardaşlığının sloqanıdır. Birinci dünya müharibəsi zamanı Osmanlı dövləti ölüm qalım savaşı verərkən Azərbaycan aydınları qurduğu xeyriyə cəmiyyətləri, milli komitələrlə Anadoludakı qardaşlarının yardımına tələsmişdir. Qars , Ardahan kimi şəhərlərdən yetim qalan uşaqlar gətirilib Gəncə və Bakıda Müsəlman Xeyriyyə Cəmiyyətlərinin açdığı məktəblərə yerləşdirilmişdir. Hacı Zeynəlabdin Tağıyev , Musa Nağıyev Balkan müharibələri zamanı köçgün düşən müsəlman uşaqları üçün Ədirnədə Darül Eytamlar( yetimlər evi) açdırmışdır. Bütün bu fəaliyyətlərin davamı kimi 1917- ci ildə Azərbaycanda çıxan bütün qəzetlər birləşərək "Qardaş Köməyi" adı altında xüsusi nömrə çıxardaraq Osmanlı əsirləri, əsgərləri üçün yardım kompanyası aparmışdır. Osmanlı da bu qardaşlığın gərəyi olaraq Azərbaycanın ən çətin vaxtında Qafqaz İslam Ordusunu formalaşdıraraq ölkəmizi Erməni- Bolşevik işğalından xilas etmişdir.
2020-ci ildə isə 44 günlük Vətən müharibəsində Türkiyə öz qardaşını-Azərbaycanı haqlı davasında dəstəklədi, möhtəşəm zəfər qazanıldı.
Məhz bu səbəblə biz də dəstək kampanyamızı "Qardaş Köməyi" devizi ilə aparmağa qərar verdik.
Bu gün də "Qardaş Köməyi " öz tarixi missiyasını davam etdirir.
Xatırladaq ki, qeyd olunan məhəllədə 39 küçəyə Azərbaycanın işğaldan azad olunmuş şəhərlərinin, torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərimizon adları verolmişdir.
Fürsətdən istifadə edib bir daha bütün vətən müharibəsi şəhidlərimizə, zəlzələ qurbanlarına Allahdan rəhmət , yaralılarımıza şəfa diləyirik
Allah bir daha pis gün yaşatmasın.
Allah Türkü qorusun !
Bir olaq, İri olaq, Diri olaq !