HAMAS-a qarşı əməliyyat İsrailə hər gün 260 milyon dollara başa gəlir.
FED.az xəbər verir ki, bu barədə «Bloomberg» agentliyi məlumat yayıb.
SOCAR üçün tarixi layihə - Aralıq dənizində qaz çıxaracaq – İSRAİLDƏ BÖYÜK LAYİHƏNİN QALİBİ OLDU
Məlumata görə, böyük xərclər nəticəsində oktyabrda İsrailin dövlət büdcəsinin kəsiri bir il əvvəlki göstəriciyə nisbətən 7 dəfə artıb.
Budəfəki münaqişə İsrail üçün əvvəl güman edildiyindən daha bahalı olub və bu da dövlət büdcəsinə böyük yük yaradıb.
Bunun nəticəsidir ki, oktyabr ayında büdcənin kəsiri sürətlə artaraq ötən illə müqayisədə 7 dəfə daha artı qolub.
Xatırladaq ki, bir qədər əvvəl İsrailin iqtisadi qəzeti olan «Calcalist» elan etmişdi ki, İsrailin Qəzzada HAMAS-a qarşı hərbi əməliyyatı əgər 2024-cü ilin sonunadək davam etsə azı 200 milyard şekelə, yəni təqribən 51 milyard dollara başa gələcək.
Qəzetin məlumatına görə, bu xərclər İsrailin illik ÜDM-nin 105-ni təşkil edir.