Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayev tutulub. FED.azp-ın məlumatına görə, bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir ki, o, özü polisə təslim olub.
Sosial Demokratik Partiyasının rəsmisi Kunduz Joldubayev və keçmiş prezidentin tərəfdarı Farid Niyazov onun yanındadır.
Qeyd edək ki, avqustun 7-də Almazbek Atambayevin tutulması ilə bağlı Koy-Taş kəndində yerləşən iqamətgahına ölkənin təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən hücum olub. Qarşıdurma nəticəsində azı 52 nəfər yaralanıb, bir nəfər ölüb.