Veysəloğlu Şirkətlər Qrupu Azərbaycan Silahlı Qüvvələrinə müdafiə xarakterli obyektlərin möhkəmləndirilməsində dəstəyini davam etdirir.
FED.az xəbər verir ki, Şirkətlər Qrupuna daxil olan “AVT Nəqliyyat” MMC və “AVT LOGISTICS” MMC tərəfindən növbəti dəfə işlənmiş və istifadəyə yararsız təkərlər toplanaraq cəbhə bölgəsinə yola salınıb.
Təkərlər Daşkəsən və Şəmkir rayonlarında yerləşən hərbi hissələrdə qəbul edilib.
Onlardan səngərlərdə hərbçilərimizin təhlükəsizliyi üçün istifadə olunur.
Qrupun bu təşəbbüsü Müdafiə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində gerçəkləşdirilir.
Eləcə də bax: Veysəloğlu Şirkətlər Qrupunun innovativ layihəsi beynəlxalq müsabiqədə - Qalib Oldu
Qeyd edək ki, Qrupa daxil olan şirkətlər tərəfindən ordumuza avtomobil şinləri ilə ilk dəstək Tovuz döyüşlərindən dərhal sonra, iyul ayında verilib.
Xatırladaq ki, Veysəloğlu Şirkətlər Qrupu korporativ sosial məsuliyyət fəaliyyətləri çərçivəsində şəhid ailələrinə, Qarabağ qazilərinə, müharibə əlili və veteranlarına dəstək xarakterli çoxsaylı layihələr də həyata keçirir.