Cənubi Koreyanın Samsung korporasiyası bir işçinin səhvə nəticəsində çoxmilyonlu zərərə düşüb.
FED.az xəbər verir ki, şikətin broker bölməsinin əməkdaşı işçilərə dividend (hər səhm başına 0,94 dollar) ödəmək istədiyi halda kompüterdə səhv düymə basmaqla işçilərə 105 milyard dollarlıq səhm paylayıb.
Nəticədə şirkətin əməkdaşlına ümumilikdə 2,8 milyard səhm paylanıb. Onların ümumi dəyəri isə 105 milyard dollar təşkli edir. Sistem bu səhv barədə dərhal xəbərdar etsə də, işçilərdən 16-sı aldıqları səhmləri dərhal birjada satıblar. Birjada ümumi qiyməti 185 milyon dollar olan 5 milyon səhm satılıb ki, bu da Samsungun səhmlərinin bir neçə dəqiqə ərzində 12% ucuzlaşması ilə nəticələnib.
Cənubi Koreyanın maliyyə requlyatoru Samsung Securities şirətinə qarşı araşdırmalara başlayıb və səhvə yol verən işçi işdən uzaqlaşdırılıb. Qeyd edək ki, qiymətli kağızlar bazarında belə hallar – işçinin səhv düyməni sıxması tez-tez baş verir, treyderlər bunu «yoğun barmaq» effekti adlandırırlar.
Səhv düyməni sıxdı, işçiləri - MİLYONÇU OLDU
11:17
16 Aprel 2018