"Best Logistik" MMC 2023-cü ilin yanvar-iyul ayları üzrə qeyri-dövlət ixracatçı subyektlərin reytinqində 5-ci yeri tutub.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın avqust sayına istinadən xəbər verir .
Belə ki, "Best Logistik" MMC" 2023-cü ilin 7 ayı ərzində 30,1 milyon dollarlıq mal ixrac edib. Şirkətin ixracının məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 28,7 milyon dollar və ya 21,5 dəfə artıb..
Şirkət, 2022-ci ilin 7 ayında 1,4 milyon dollarlıq ixraca nail olmuşdu.