"Baku Steel Company" 2023-cü ilin yanvar-iyul ayları üzrə qeyri-dövlət ixracatçı subyektlərin reytinqində 3-ci yeri tutub.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın avqust sayına istinadən xəbər verir .
Belə ki, "Baku Steel Company QSC" 2023-cü ilin 7 ayı ərzində 47,7 milyon dollarlıq mal ixrac edib. Şirkətin ixracının məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 27,5 milyon dollar və ya 2,3 dəfə artıb..
Şirkət, 2022-ci ilin 7 ayında 20,2 milyon dollarlıq ixraca nail olmuşdu.