"M-Kontakt” MMC reklam haqqında qanunvericiliyin pozulmasına görə 5 min manat inzibati qaydada cərimə edilib.
FED.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 428.7.1. (müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə) maddəsi ilə təqsirli bilinib.
Eləcə də bax: Azərbaycanın böyük tikinti şirkəti böyük məbləğdə - CƏRİMƏLƏNİB
Bu inzibati xətaya görə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir.
Xətai Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli qərarından “M-Kontakt” MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.
Qeyd edək ki, "M-Kontakt” MMC mebel və mebel aksesuarları satışı ilə məşğul olur.
Report