2023-cü il ərzində Aralıq dənizi kurort Antalya Ticarət Palatasında nə az nə çox 6 793 şirkət qurulub.
FED.az xəbər verir ki, bu şirkətlərdən 5 066 ədədi məhdud məsuliyyətli cəmiyyət, 1 124 ədədi anonim şirkət, 547 ədədi özəl şirkət, 33 ədədi korporativ şirkət və 23 ədədi digər şirkət strukturlarına aiddir. Sözügedən quruluşları yaradanlar arasında əcnəbi sahibkarlarda xüsüsu rola malikdir.
Antalyanın iş dünyasına xarici qatqıların daha geniş perspektivinə baxsaq, 2023-cü ildə xarici iştirakla cəmi 792 şirkət qeydiyyatdan keçib.
Şirkət yaradan xaricilər arasında Rusiya lider mövqeye malikdir. Ümumilikdə, şəhərdə Rusiyalı sahibkarlar tərəfindən 255 biznes qurumu qeydiyyatdan keçərək, öz bizneslərini qurmaqda digər ölkələrin nümayəndələrini xeyli üstələmişdir. Antalya Ticarət Palatasının məlumatına görə, 2023-cü il ərzində Almaniyadan 83 şirkət, İrandan 64 şirkət , Ukraynadan 53 şirkət və Azərbaycandan 42 şirkət qeydiyyatdan keçib.
Bu şirkətlərin fəaliyyət göstərdiyi əsas sektorlar tikinti, informasiya texnologiyaları, qida və içki biznesi və əyləncə məkanlarıdır . Qeyd edək ki, adı çəkilən sektorlar üzrə tikitni sektorunda 71 şirkət, informasiya texnologiyaları üzrə 57 şirkət, qida və içki biznesi və əyləncə məkanları üzrə isə 53 .irkət yaradılıb. Rəqəmlərdən aydın görünür tikinti sektoruna maraq yüksəkdir.
Ümumilikdə, kurortda mövcud olan 62 min ticarət obyektindən 6100-ü əcnəbilər tərəfindən yaradılıb. Bu obyektlərdən 6 mindən çoxu inşaat fəaliyyətlərinə, 3 mindən çoxu topdan və pərakəndə qida satışı xidmətlərinə, 2 mindən çoxu restoran, qida, içki və əyləncə xidmətlərinə və kənd təsərrüfatı mallarının ticarətinə, 2 mini isə səayhət agentliklərinə yönəlik xidmətlərlə məşğuldur.
Türkiyə Daxili İşlər Nazirliyinin İmmiqrasiya İdarəsinin statistik məlumatına görə, 21 dekabr 2023-cü il tarixinə Antalyada müvəqqəti yaşama icazəsi olan 116,9 min əcnəbi var. Bu əhalinin 12.000-dən çoxu kurortda daşınmaz əmlaka sərmayə qoyub. Bu onu göstərir ki, bölgədə kök salmağa böyük maraq var.
Eyni zamanda xaricilərin Antalyada şirkət qurma tendensiyası şəhərin ticarət infrastrukturuna əhəmiyyətli töhfə verir. Bu inkişaf şəhərin biznes icmasının şaxələndirilməsinə və onun beynəlxalq cəlbediciliyinin artırılmasına kömək edir. Xaricilərin artan marağı Antalyanın iqtisadi böyüməsinə və iş imkanlarının genişlənməsinədə töhfə verir.