“Novara Capital” MMC-nin (VÖEN: 1407780531) fəaliyyətinə xitam verilib.
Vergi borcu olan şirkətin ortaqları ayrıldı – KAPİTAL 4 DƏFƏ AZALDI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət “Mars Overseas Baku LTD” MMC-yə (VÖEN: 9900006521) qoşulub. Bu qoşulma ilə əlaqədar Mars Overseas Baku LTD” MMC yenidən təşkil olunur.
Qeyd edək ki, Mars Overseas Baku LTD” MMC 1998-ci ildə yaradılıbş Nizamnamə kapitalı 113 milyon 823 min 716 manat olan şirkətin qanuni təmsilçisi Sdaylı Qəhrəman Ramiz oğludur. Şirkət Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, ev. Cənub Hissəsi hüquqi ünvanında yerləşir.
“Novara Capital” MMC 2026-ci ildə yaradılıb. Nizanamə kapitalı 2 milyon 317 min 50 manat olan şirkətin qanuni təmsilçisi Məcnunov Vasif Əfi oğludur. Şirkət Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər pr, ev.153 hüquqi ünvanında yerləşir.













