Azərbaycanda müvəqqəti və dai mi yaşayış icazəsi alınması üçün xarici sahibkarlara, şirkət rəhbərlərinə və investorlara qoyulan tələblər və məbləğlər dəqiqləşib.
FED,az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin Kollegiyası ölkədə yaşayış icazəsi almaq istəyən şirkət rəhbəri və sahibkarlar üçün həmin şirkətlərin dövriyyəsini müəyfən edib.
Qeyd edək ki, bu tələb Miqrasiya Məcəlləsinə edilən yeni dəyişikliklərdə nəzərdə tutulub. Yeniliyə əsasən, şirkət rəhbəri və ya şirkət payçısı olan şəxslərin ölkədə dami və müvəqqəti yaşayış icazəsinin alınması üçün şirkətin dövriyyəsi və ya ona yatırılan investisiyanın minimum məbləği olmalıdır.
İndi İqtisadiyyat Nazirliyi həmin məbləğləri dəqiqləşdirib. Nazir Mikayıl Cəbbarovun sədrliyi ilə kollegiyanın qərarlarında bütün növ icarələr üzrə minimum dövriyyə məbləğləri müəyyən edilib.
Qərara əsasən Azərbaycanda yaradılan şirkətdə payın 51-%-dən artıq hissəsinə sahib olan şəxsə o zaman müvəqqəti yaşayış icazəsi verilir ki, şirkətin ödənilmiş nizamnamə kapitalı 50 min manatdan az olmasın.
Azərbaycanda son 1 ildə yaşamış və şirkət sahibi olan şəxsin müvəqqəti yaşayış icazəsi üçün isə həmin şirkətin illik dövriyyəsinin azı 100 min manat olması tələb olunur.
Azərbaycanda yaradılan şirkətdə payın 51-%-dən artıq hissəsinə sahib olan şəxsə daimi yaşayış icazəsi isə o zaman verilirki, şirkətin ödənilmiş nizamnamə kapitalı 100 min manatdan, illik dövriyyəsi isə 200 min manatdan az olmasın.