"The Snack Company" Məhdud Məsuliyyətli Cəmiyyəti 2022-ci il üzrə maliyyə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, şirkət 2022-ci ildə 17 milyon 821 min manat əsas əməliyyat gəliri əldə edib.
Bu gəlirlər illik müqayisədə 12 milyon 454 min manat və ya 3,3 dəfə çoxdur.
Satışın maya dəyəri isə 14 milyon 754 min manat olub ki, bu da son bir ildə 9 milyon 13 min manat ( 2,6 dəfə) çoxdur.
Bununla da, şirkətin ümumi mənfəəti 3 milyon 66,8 min manat təşkil edib. Lakin 2021-ci ildə 374,4 min manat zərər etmişdi.
Hesabat dövründə şirkət 3 milyon 45,3 min manat xalis mənfəət edib. 2021-ci il isə 362,4 min manat zərərlə yekunlaşdırmışdı.
"The Snack Company" MMC 2022-ci ildə 9 milyon 131,5 min manat aktivlərə malik olub. Akitvlər son bir ildə 5 milyon 801 min manat və ya 2,7 dəfə artıb.
Şirkətin öhdəlikləri 28,3 dəfə artaraq 3 milyon 157 min manata yaxınlaşıb.
Kapitalı isə 2 milyon 706 min manat və ya 82,8% artaraq təqribən 5 milyon 975 min manat olub.
Qeyd edək ki, "The Snack Company" 100 manat sərmayə ilə 18 dekabr 2019-cu ildə yaradılıb. Qanuni təmsilçisi Ramil Rzayev Bilal oğludur. Şirkətin Hüquqi ünvanı Qəbələ rayonu, Qəbələ şəhəri, E.Kərimov, ev 34 ünvanında yerləşir.
Şirkətin Qəbələdə yerləşən müəssisəsi qəlyanaltı istehsal edən zavodlardan biridir. Şirkət “Chipsim” kartof çipsilərinin istehsalçısıdır. Bundan başqa şirkət “İmpuls” və “Bağdan” kartof çipslərini də istehsal edir.